Yaponiya vətəndaşlarına çağırış etdi

DÜNYA 06 avqust 2024, 18:00
Yaponiya hökuməti vətəndaşlarına İrana səyahət etməməyi məsləhət görüb.

Demokrat.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Yosimasa Xayasi avqustun 6-da paytaxt Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

Məlumata görə, Tokio İrana səfərlərlə bağlı xəbərdarlığı üçüncü səviyyəyədək qaldırıb. Bu isə həmin ölkəyə “səyahət etmək məsləhət görülmür” anlamına gəlir.

Bildirilib ki, Yaponiyada səyahətlərlə bağlı dörd səviyyə mövcuddur.

Ötən gün isə Yaponiya hökuməti vətəndaşlarını Livandan çıxmağa çağırıb.

Mehriban Mirzəzadə
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top