Ən ikiüzlü bürclər — Onlara sirlərinizi verməyin

MARAQLI 05 avqust 2024, 13:03
Astroloqlar üç bürcə diqqət yetirməyi tövsiyə edirlər. Onların fikrincə, bu bürclər çox ikiüzlüdürlər.

Demokrat.az
Teleqraf.com-a istinadla həmin bürcləri təqdim edir.

Əkizlər - Onların nə düşündüklərini tam başa düşə bilməzsiniz. Başqalarının vəziyyətinə çox əhəmiyyət vermir, istədikləri kimi davranırlar. Əkizlər bürcünə sirr danışarkən diqqətli olun. Verdiyiniz sirrin qısa zamanda başqalarına da yayıldığına şahid ola bilərsiniz.

Əqrəb - İntiqamı sevən Əqrəb istədiyi rolu oynaya bilər. Onun nə düşündüyünü heç vaxt təxmin etmək mümkün deyil. İkili oyun oynayır, amma nəzərə çarpdırmır.

Əqrəblər öz sirlərini vermir, amma başqalarının sirlərindən istifadə edirlər. Yalan danışmaqda ustadırlar. Ən böyük xüsusiyyətlərindən biri çox kinli olmasıdır. Odur ki, siz Əqrəb bürcünə sirr vermisiniz və onun düşməni olmusunuzsa, Əqrəb o sirdən istifadə edəcək və sizi bitirmək üçün əlindən gələni əsirgəməyəcək.

Şir - Hər mühitdə özünü düz adam kimi aparsa da, vəziyyətə uyğun davranmağı yaxşı bilir. Siz sadə düşünsəniz, onlar 50 plan qururlar. Həmişə çətin anlarda saxladıqları ikinci bir üzləri var. Şirlərlə də diqqətli olun. İkiüzlülükdə usta olan Şirlər heç gözləmədiyiniz anda sizi sata bilərlər.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top