3500 il yaşı olan “kassa çeki” tapıldı — FOTOLAR

MARAQLI 05 avqust 2024, 08:32
Türkiyədə aparılan arxeoloji qazıntılarda qədim dövrlərə aid maraqlı artefaktlar üzə çıxır.

Demokrat.az xarici KİV-ə istinadla xəbər verir ki, Hatay əyalətində arxeoloji qazıntılar zamanı aşkar edilmiş gil lövhə yerli və xarici arxeoloqların diqqətini cəlb edib. Eradan əvvəl XV əsrə aid gil lövhənin laboratoriyada tədqiqi zamanı onun akkad dilində mixi yazı ilə tərtib olunduğu sübuta yetirilib. Məlum olub ki, söhbət mebel alışına dair rəsmi sənəddən gedir. Tarixçilər bu tapıntını qədim “kassa çeki” hesab edirlər.

Hazırda mütəxəssislər nadir tapıntının üzərindəki mətnin tam tərcümə olunmasına çalışırlar. Gil lövhə barədə xəbərə dünyanın aparıcı media qurumları yer ayırıb.



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top