Bayden Netanyahudan "məhbus mübadiləsi razılaşması" istədi

DÜNYA 03 avqust 2024, 23:58
HƏMAS lideri Haniyənin Tehranda öldürülməsindən sonra İran-İsrail gərginliyi artarkən, ABŞ prezidenti Co Baydenin İsrailin baş naziri Binyamin Netanyahudan HƏMAS ilə məhbus mübadiləsi müqaviləsi imzalamasını istədiyi iddia edilib.

Demokrat.az
xəbər verir ki, bunu İsrailin Kanal 12 Televiziyası adı açıqlanmayan 2 ABŞ rəsmisinə əsaslanaraq məlumat yayıb. 

Xəbərə görə, Bayden Netanyahuya zəng edərək, hazırda görüləcək ən vacib işin məhbus mübadiləsi razılaşması olduğunu bildirib.

Çətin və sərt keçə görüşdə Bayden Netanyahudan bölgədə gərginliyi artırmamasını və bunun əvəzinə Qəzzada əsir mübadiləsi razılaşması və atəşkəs üçün çalışmasını istəyib.

Tərəflər, həmçinin, HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsinə görə İrandan mümkün qisasla bağlı hərbi hazırlıqları müzakirə ediblər.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 08:27
Top