Məzuniyyətdən sonra işə necə adaptasiya olmalı?

GÜNDƏM 03 avqust 2024, 18:25
İnsanlar gərgin iş rejimindən sonra məzuniyyətə çıxmağa ehtiyac duyurlar. Təbii ki, tətil hər bir insanın hüququdur. Amma bəzən istirahətdən qayıdandan sonra iş şəraitinə  uyğunlaşa bilməmək  kimi hallar yaşanır. 

Bəs belə olan təqdirdə, vəziyyətdən necə çıxmalıyıq?

 Problemin həlli ilə bağlı Demokrat.az-a açıqlama verən psixoloq Aygün Cəfərova deyib ki,məzuniyyətdən  qayıdan insanların  işə rahat adaptasiya olması üçün ilk növbədə, məzuniyyətdə keçirdikləri vaxt faydalı keçməlidir:



“İnsan həqiqətən istirahət etməlidir. Enerjini depolomalıdır. İkinci bir növbədə isə işə qayıtdıqdan sonra görəcəyi işləri planlaşdırmalıdır. Hansı formatda, nə işlər görəcək, bunların planını qurmalıdır. 25 dəqiqə planladığı işi görüb,  5 dəqiqə fasilə, yenidən 25 dəqiqə işləyib 5 dəqiqə fasilə versələr və bu intervalda planlanmış işi görsələr, daha rahat isə adaptasiya olacaqlar. Həm də işlərini daha uğurlu və faydalı həyata keçirə biləcəklər”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 sentyabr 2024, 23:46
Top