TANAP qaz-boru kəməri tam gücü ilə işə düşdükdən sonra qazın nəql edilməsindən 1.45 milyard dollara qədər gəlir əldə ediləcək.
Bunu bu gün İstanbulda keçirdiyi mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.
Onun sözlərinə görə, bu məbləğin 58 faizi Azərbaycana düşəcək.
S.Düzyol bildirib ki, Azərbaycan, eyni zamanda TANAP kəməri ilə daşınan öz təbii qazından gəlir əldə edəcək.(Trend)