Venesueladakı seçkilərdən sonra Madurodan "vətəndaş müharibəsi" ilə bağlı açıqlama

DÜNYA 01 avqust 2024, 17:55
Venesuela prezidenti Nikolas Maduro prezident seçkilərindən sonra başlayan etirazlarla bağlı ölkədə vətəndaş müharibəsinin başlamasına imkan verməyəcəklərini bildirib.

Demokrat.az xəbər verir ki, paytaxt Karakasdakı Miraflores sarayında mətbuat konfransı keçirən Maduro zorakılığa səbəb olan aktivistlərə tolerantlıq olmayacağını və onları kimin maliyyələşdirdiyini bildiklərini bildirib.

Maduro ölkə iqtisadiyyatının hədəfə alındığını vurğulayaraq, “Venesuela imperializmin, faşizmin və cinayətkarların əlinə keçməyəcək. Biz ölkədə vətəndaş müharibəsinin başlamasına imkan verməyəcəyik. Biz hər şeyin konstitusiya çərçivəsində olmasını istəyirik. İnqilab etmək üçün başqa vasitələrə əl atmaq istəmirik” deyib. 

Qeyd edək ki, Venesuelaya qonşu olan Cənubi Amerika ölkələri Maduronu seçkilərin şübhəli olduğu səbəbilə qınayıb və Maduro səfirlərini ölkədən geri çəkməsini istəyib.

Əfsanə Rəcəb
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 iyul 2025, 12:50
Top