Əmanətlərin Sığortalanması Fonduna üzvbankların reyestrində dəyişiklik edildi — SİYAHI

MALİYYƏ 30 iyul 2024, 16:22
Əmanətlərin Sığortalanması Fonduna 29 avqust 2008-ci il tarixdə üzv olan "Naxçıvanbank" ASC "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və banka verilmiş şəhadətnamə ləğv edilib.

Bu barədə Demokrat.az-a Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

Bildiyiniz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 24 iyul 2024-cü il tarixli qərarı ilə “Naxçıvanbank” ASC-nin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a (Qaydalar) müvafiq olaraq “Naxçıvanbank” ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş bank lisenziyası həmin tarixdən etibarən ləğv edilib.

Əmanətlərin Sığortalanması Fondu "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 30 iyul 2024-cü il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:
 
    Reyestrə daxil olma tarixi    Bankın adı
1    30.07.07    "XALQ"Bankı ASC
2    30.07.07    "Azərbaycan Beynəlxalq Bankı"ASC
3    30.07.07    “ACCESSBANK” QSC
4    30.07.07    Melli İran Bankı Bakı filialı
5    30.07.07    "Azər-Türk Bank" ASC
6    30.07.07    "Bank of Baku" ASC
7    30.07.07    "Bank Respublika" ASC
8    30.07.07    "Kapital Bank" ASC
9    30.07.07    "YELO BANK" ASC
10    30.07.07    "Rabitəbank" ASC
11    30.07.07    "TURANBANK" ASC
12    30.07.07    "UNİBANK" KB ASC
13    30.07.07    Yapı Kredi Bank Azərbaycan QSC
14    07.08.07    "Expressbank"ASC
15    10.09.07    "Azərbaycan Sənaye Bankı" ASC
16    04.12.07    "Bank Avrasiya" ASC
17    04.12.07    "Paşa Bank" ASC
18    16.01.09    "AFB BANK"ASC
19    26.02.09    BANK VTB (AZƏRBAYCAN) ASC
20    28.04.09    PREMIUM BANK ASC
21    15.04.10    Bank "BTB" ASC
22    15.05.15    "Ziraat Bank Azərbaycan" ASC

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 sentyabr 2024, 00:27
11 sentyabr 2024, 22:18
Top