Təyyarədə bioloji təhlükə —Təcili eniş etdi

DÜNYA 29 iyul 2024, 19:46
ABŞ-də təyyarədə olan hər kəs bioloji maddə səbəbiylə qusmağa başlayıb. Hadisənin təfərrüatları dünya mediasında səs-küyə səbəb olub.

Demokrat.az
 Milliyet.com-a istinadən xəbər verir ki, Birləşmiş Ştatların Hava Yollarına məxsus təyyarə bioloji təhlükə səbəbindən Vaşinqtonda təcili eniş etməli olub. Hadisə Hyustondan Bostona uçan 2477 saylı reysdə Corc Buş Qitələrarası Hava Limanında sərnişinlərdən birinin xəstələnməsindən sonra baş verib.

Ekipaj üzvləri və bəzi sərnişinlərin də halı pisləşməyə başlayıb.  Vəziyyətin kritik olduğunu və sərnişinlərin qusduğunu görən pilotlar təcili eniş etməyə məcbur olublar. Göyərtədə olan 155 sərnişin və 6 ekipaj üzvünün heç birinin tibbi yardıma ehtiyacı olmadığı bildirilib.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top