Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşının vətəndaşa qarşı təhqiramiz hərəkəti ilə əlaqədar yayılmış videogörüntü ilə bağlı DSX-də araşdırma aparılıb.
Demokrat.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hərbi qulluqçu şəxsi avtomobilində xidmət yerinə hərəkət edərkən üç nəfər mülki şəxsin təhqiramiz ifadələrinə stress vəziyyətində cavab verib:
"Hadisə yerində polis əməkdaşının olması barədə məlumatlar həqiqəti əks etdirmir".