Gündəm

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı AÇIQLAMA (VİDEO)

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı AÇIQLAMA (VİDEO)

Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşının vətəndaşa qarşı təhqiramiz hərəkəti ilə əlaqədar yayılmış videogörüntü ilə bağlı DSX-də araşdırma aparılıb.

Demokrat.azxəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hərbi qulluqçu şəxsi avtomobilində xidmət yerinə hərəkət edərkən üç nəfər mülki şəxsin təhqiramiz ifadələrinə stress vəziyyətində cavab verib:

"Hadisə yerində polis əməkdaşının olması barədə məlumatlar həqiqəti əks etdirmir".

NE
Nihadə Eyyubova