Spirtli içki qanlı davaya səbəb oldu

HADİSƏ 26 iyul 2024, 10:39
Sumqayıt şəhərində 1991-ci il təvəllüdlü Mahir şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Əliyə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 22 oktyabr 2023-cü ildə, gecə saat 1 radələrində Sumqayıt şəhəri, BTZ bağlar ərazisi, Y.Məmmədov küçəsində baş verib. Mahir yol kənarında aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı bıçaqla Əliyə bir dəfə vurub. 

Hadisəni törədən Mahirin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə baş verən günü saat təxminən axşam 1 radələrində Əli onu səslədiyi üçün onun yanına gedib: “Əli heç bir səbəb olmadan ünvanıma nalayiq ifadələr işlətdi. Əli içkili olduğu üçün ona baş qoşmayaraq uzaqlaşmaq istəsəm də, Əli imkan vermədi Yenidən təhqiramiz ifadələr işlədərək mənə ayağı ilə zərbə vurdu. Bundan sonra üstümdə gəzdirdiyim bıçaqla Əlinin qarnına bir zərbə vurdum”.

Təsirləndirilən şəxs bildirib ki, hadisə zamanı üstündə olan bıçağı yaşadığı ərazidə narkotik vasitə istifadə edənlər çox olduğu üçün özünü qorumaq məqsədilə özü ilə götürüb: “Mənim heç bir başqa məqsədim olmayınb. Hadisə baş verdikdən sonra özüm könüllü gedərək təslim olmaq niyyətində idim. Lakin öncədən polis şöbəsindən zəng gəldi. Mən də həmin zənglə özüm polis şöbəsinə getdim. Əli ilə münasibətlərimiz həmişə çox yaxşı olub.. Əgər o gün Əli içkili olmsaydı, bu hadisə baş verməzdi. Mən dəfələrlə Əliyə sakitləşməyi barədə xəbərdarlıq etsəm də, Əli mənə məhəl qoymayıb”.

İş üzrə zərərçəkmiş Əlinin sözlərinə görə, hadisə baş verən zaman içkili olub: “Mən Mahirə qarşı nalayiq ifadələr işlətdikdən sonra Mahir mənə “qələt eləyirsən” dediyi üçün onu təpiklə vurmuşam. Nalayiq ifadələr işlətməyə davam etdim. Bundan sonra Mahir üstündəki bıçaqla qarnıma bir zərbə vurdu. Mahir qarın boşluğuma bir bıçaq zərbəsi vurdu. Xəstəxanaya özüm getmişəm. Mahirə əvvəlcə əlim ilə, sonra təpiklə vurmuşam. Əgər Mahiri vurmasaydım, Mahir də məni bıçaqla vurmazdı. Hadisənin baş verməsinin günahkarı özüm olmuşam”. 

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mahir 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 oktyabr 2024, 16:57
10 oktyabr 2024, 16:50
Top