Heydər Əliyev adına Hərbi İnstituta rektor təyin edilib.
Demokrat.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, polkovnik Ümidvar Quliyev institutun rektoru təyin edilib.
Polkovnik Quliyev Vətən müharibəsində şücaət göstərən hərbçilərdəndir. O, müharibədən sonra “Qarabağ” ordeni ilə təltif edilib.
Müdafiə Nazirliyində aparılan kadr islahatları ilə son vaxtlarda bir neçə Vətən Müharibəsi iştirakçısı yüksək vəzifəyə təyin edilib.