Azərbaycan 2027-ci ilədək mərhələli şəkildə "yaşıl" enerji üçün 250 meqavatt gücündə anbar hazırlamağı planlaşdırır.
Demokrat.az publika.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov Şuşada keçirilən II Qlobal Media Forumu çərçivəsində "Yaşıl dünya naminə həmrəylik - COP29" mövzusunda təqdimat zamanı deyib.
"2027-ci ilə qədər bərpa olunan enerji mənbələrindən (BEM) 2 qiqavatt "yaşıl" enerji istehsal etməyi planlaşdırırıq. Bu həcm üçün Azərbaycana 250 meqavatlıq enerji anbarı lazımdır. Bu anbarı 2024-cü ildən başlayaraq mərhələli şəkildə yaradacağıq", - o deyib.
Nazir müavini qeyd edib ki, 2024-cü ildə Azərbaycan xarici tərəfdaşların dəstəyi ilə ilk 50 meqavatt "yaşıl" enerjini saxlamaq üçün şərait yaratmağı planlaşdırır.