Bərzani COP29 üçün Bakıya dəvət edildi

COP29 23 iyul 2024, 08:44
Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nəsir Məmmədov ölkənin Ərbil şəhərinə səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

Demokrat.az
axar.az-a istinadən xəbər verir ki, bu barədə diplomat X-də paylaşım edib.

"Bu gün Ərbil şəhərinə səfər çərçivəsində region başçısı cənab Neçirvan Bərzaniyə ünvanlanmış COP29-a dəvət məktubunu region başçısı administrasiyasının rəhbəri Fauzi Həririyə, İKR baş naziri cənab Məsrur Bərzaniyə ünvanlanmış dəvət məktubunu isə regionun xarici əlaqələr departamentinin rəhbəri Safin Dizayiyə təqdim etdim", - paylaşımda bildirilib.

Bundan əvvəl Azərbaycan səfiri Ərbildə Türkiyənin baş konsulu ilə görüşüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top