Məsciddən oğurluq edildi — FOTO

HADİSƏ 22 iyul 2024, 17:52
Lənkəran rayon Şağlaser kənd məscidinin içərisindəki nəzir qutusu sındırılaraq içindəki pul oğurlanıb.

Demokrat.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə əməli törədən Zülfi Nəzərli müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun bundan əvvəl analoji əməllərə görə məhkum olunduğu müəyyən edilib. Belə ki, o əvvəllər Masallıda 1, Lənkəranda 2 məsciddən oğurluqlar edib.

Araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top