“Access Bank”da son durum: 22 mln. depozit geri çəkilib, 116 mln. bölüşdürülməmiş zərər var

MALİYYƏ 22 iyul 2024, 16:03
İlin əvvəlində “Access Bank”ın əmanət portfeli 21,9 milyon manat azalıb. 

Demokrat.az-ın məlumatına görə, bu ilin ilk yarısında bankın əmanət portfeli ilin əvvəlinə nisbətən 2,1% azalaraq 1 milyard 51,5 milyon manatdan 1 mlrd. 29,7 milyon manata enib.

Əhali üç ayda bankdan 9,9 milyon manat, şirkətlər isə 12,2 milyon manat depoziti geri çəkib. 

Belə ki, 2024-cü ilin əvvəlində bankda fiziki şəxslərin depozitlərinin həcmi 842,5 milyon manat olduğu halda ilin ilk yarısında bu rəqəm 832,9 milyon manata kimi azalıb. 

Hüquqi şəxslərin bankdakı əmanətlərinin həcmi isə 209,1 milyon manatdan 196,8 milyon manata enib. 

Hesabat dövrü üzrə bankın aktivləri 1 milyard 478,7 milyon manata, öhdəlikləri 1 milyard 313 milyon manata yüksəlib. Bankın cəmi kapitalı 164,9 milyon manat çatsa da, hələ də böyük həcmdə, yəni 115,7 milyon manat bölüşdürülməmiş zərəri var. İlin əvvəlində bu rəqəm 137,1 milyon manat təşkil edib. 

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 258,7 milyon manatdır. Bankın əsas səhmdarları Asiya İnkişaf Bankı (20,33%), Avropa İnvestisiya Bankı (17,76%), Beynəlxalq Maliyyə Korporasiyası (15,86%), Hollandiya İnkişaf Bankı (9,62%) və Avstriya İnkişaf Bankıdır (9,36%). (Valyuta.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top