Günlərdir gündəmdən düşməyən hindistanlı milyarder, iş adamı Mukeş Ambaninin 28 yaşlı oğlu Anant Ambaninin və nişanlısı Radika Merçantın milyonluq toyu haqda daha bir məqam ortaya çıxıb.
Demokrat.az Axşam.az-a istinadən xəbər verir ki, Hindistan mediası bu dəfə toya dəvət olunan müğənnilərin qonorarını yayımlayıb. Martda toyqabağı şənliyə və iyul baş tutan üçgünlük toya dünyanın ən məşhur adları qatılıb.
600 milyon dollar xərclənən toyda məşhurlar bu qədər qonorar alıblar:
Rihanna martdakı şənlik üçün 8,6 milyon, iyulda olan toya qatılan Castin Biber isə 10 milyon dollar qonorar alıb. Ketti Perri 5,3 milyon, Beyons 3,9 milyon, Kris Martin 950 min, Con Legend 950 min, "Backstreet Boys" 800 min, Arijit Sinqs isə 600 min dollar qonorar qarşılığında məclisə gəlib.
Qeyd edək ki, Anant Hindistanlı milyarder Viren Merçantin qızı, 29 yaşlı Radhika Merçantla ailə qurub. Anant ailəsi “Forbes”in milyarderlər siyahısına daxil edilib. Onların ümumi sərvəti 122 milyard dollar dəyərində qiymətləndirilir. Martın 1-də üçgünlük toyqabağı məclis keçirilib. Hadisə Camnaqardakı ailə mülkündə baş verib. Ziyafətin əsas qonağı 10 milyon dollar qonorar alan Rihanna olub. Toy isə iyulun 12-dən 14-nə kimi olub. Toya 600 milyon dollar xərcləndiyi deyilib.