Yük avtomobili sürücülərinə bəd xəbər: Yeni elektron tərəzilər quraşdırılır

AVTO 19 iyul 2024, 12:08
"İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması hallarının müəyyənləşdirilməsi məqsədilə bu parametrləri ölçən texniki vasitələrin ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması üçün işləri aparılır".

Demokrat.az
oxu.az-a istinadən xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

O bildirib ki, bu sahədə mövcud qanunvericiliyə dəyişiklik edilərək normativ aktlar müasir dövrün tələblərinə uyğunlaşdırılıb:

"Belə ki, qanunvericiliyə edilən dəyişikliklər inzibati xəta hadisəsi elektron tərəzilər, foto və ya videoqeydiyyatçı funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydalarını ehtiva edir. Tətbiq edilən yeniliklər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələrin artırılmasını deyil, böyük vəsaitlər hesabına inşa edilən avtomobil yollarının qorunması ilə yanaşı, həmçinin vətəndaş-məmur münasibətləri zamanı mümkün sui-istifadə hallarının qarşısını almaq və bu münasibətləri elektron münasibətlərə çevirməkdir. Qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübəyə istinad edilib. Hazırda ölkənin avtomobil yollarında 31 yerdə 51 ədəd elektron tərəzinin quraşdırılması nəzərdə tutulub".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 19:27
Top