Xanımı Sabir Rüstəmxanlının deputat olduğu dairəni seçdi

DAXİLİ SİYASƏT 17 iyul 2024, 13:37
Azərbaycan-Türkiyə Evinin və Azərbaycan-Türk Qadınlar Birliyinin sədri, VHP sədrinin müşaviri Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyi irəli sürülüb. 

Demokrat.az xəbər verir ki, bu barədə Yenisabah.az-a VHP Mərkəzi Seçki Qərargahından bildiriblər. 

Onun sənədləri artıq 70 saylı Neftçala seçki dairəsinə təqdim edilib. 

Qeyd edək ki, 2020-ci ilin fevralında keçirilən parlament seçkilərində bu dairədən Tənzilə Rüstəmxanlının həyat yoldaşı, Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı deputat seçilib. 

Bu il MSK tərəfindən aparılan islahatlar nəticəsində, S.Rüstəmxanlının deputat seçildiyi 61 saylı Neftçala seçki dairəsi dəyişdirilərək 70 saylı Neftçala seçki dairəsinə çevrilib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top