“İran Azərbaycanla bağlı məsələlərdə daha adekvat olacaq” — Hikmət Babaoğlu

REGİON 15 iyul 2024, 17:58
“İranda Azərbaycan səfirliyinin bərpa edilməsi dövlətlərarası münasibətlərdə əhəmiyyətli hadisədir. İranda artıq xeyli məsələdə koordinal dəyişiklik baş verib, yeni prezident seçkiləri keçirilib. Azərbaycanla münasibətlər də inkişaf edəcək. Azərbaycan həmişə İranla münasibətlərin ən yüksək səviyyədə olması üçün davamlı cəhdlər göstərib. İranın mənafeyinə toxunacaq bir addım atmayıb”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında VI çağırış Milli Məclisinin deputatı Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, Azərbaycanın taleyüklü məsələlərinin həll olunduğu çox vacib bir mərhələdə İrandakı bəzi siyasi dairələrin Azərbaycana qarşı aqressiv mövqedən çıxış etməsi təəssüfləndirici hal idi: 

“İrandakı bəzi qüvvələr ölkəmizin yaratdığı yeni reallığı qəbul etmək istəmədi, regionda kommmunikasiyaların açılmasına maneələr törətdi. Kommunikasiyalar hələ ki bərpa olunmamış qalsa da amma hazırda İran-Azərbaycan münasibətlərində yeni səhifə açmaq üçün imkanlar yaranıb. Səfirliyimizin fəaliyyətini bərpa etməsi də hər iki dövlətin maraqlarına uyğundur. Azərbaycanın buna razılıq verməsi dövlətin göstərdiyi diplomatik nəzakətdir. Ümid edirik ki, İran bundan sonra Azərbaycanla bağlı məsələlərdə daha adekvat davranacaq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top