"BRİKS-ə Azərbaycanın üzvlüyü ilə bağlı dəstək ola biləcək ölkələr var" — AÇIQLAMA

SİYASƏT 12 iyul 2024, 18:28
“BRİKS-ə Azərbaycanın üzvlüyü ilə bağlı dəstək ola biləcək ölkələr var.“

Bu fikirləri Demokrat.az saytına politoloq Əziz Əlibəyli deyib. O bildirib ki, BRİKS yeni dünyadır, ölkələrin birliyidir:



“Bu mənada düşünmürəm ki, Azərbaycanın oraya qəbulunda hansısa rol təsir göstərsin. Çünki üzvlüklə bağlı müəyyən prossedur qaydaları var, hansı ki, bunlar Azərbaycanın oraya üzvlüyünə mane ola bilməz.

Başqa bir məsələ isə Azərbaycanla Hindistan münasibətlərində problem daha da genişlənəcək kimi görünür. Düşünürəm ki, Azərbaycanın BRİKS-lə münasibətlərinə xüsusi format verə biləcək təsisatlar da tapmaq olar. Ta o vaxta qədər ki, Hindistan bu mövqeyindən əl çəksin. Çinin BRİKS-də söz sahibi olması Hindistanın hansısa əks-mövqe qoymasına şərait yaratmaz.”

Şahanə Xankişiyev
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top