Valideynlər övladlarının gələcək uğurlarlarına necə mane olurlar? — Bunları etməyin!

SOSİAL 11 iyul 2024, 17:09
“Valideynlərin övladlarının ixtisas seçimində müdaxiləsini tamamilə mənfi qiymətləndirirəm. Buna yol vermək doğru deyil”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib. 

Onun sözlərinə görə, valideynlərin bu cür addımları səhvdir:

“Neçə ildir ki, təbliğ etdiyim bir fikir var: bizim valideynlərdə, məktəblərdə, ümumiyyətlə təhsil sistemimiz, sosial siyasətimiz yeni nəsli kəşf etmək təcrübəsinə malik olmalıdır. 

Uşaqlar hələ beşikdən hansısa sahələrdəsə öz fəallıqlarını, maraqlarını göstərirlər. Şüurlu şəkildə olmasa belə, şüursuz şəkildə bu bacarıqlar və istəklər aşkar olunur.”

Sosioloqun fikrincə, valideynlərə öyrədilməlidir ki, onlar öz övladlarını kəşf edə bilsinlər. 

“Valideynlər övladlarını arzulanan istiqamətdə yönəldə bilməlidirlər. 2-3 yaşından artıq uşağın hansı yönə marağının olmasını kəşf etmək lazımdır. Valideynlər öyrənməlidir ki, 6 yaşına qədər uşaqlarla hansı formada işləmək lazımdır. 

Əgər bir insan ki, sevdiyi işlə məşğuldur, o zaman onun daxili potensialı daha çox üzə çıxır.  Əgər bunun əksi olarsa, yəni, məcburi şəkildə istəmədiyi bir ixtisasla məşğul olarsa, artıq həmin insanın qabilliyyəti, istedadı tamamilə paslanır. O səbəbdən valideynlərin övladlarının ixtisas seçiminə müdaxiləsini, yönləndirməsini tamamilə mənfi qiymətləndirirəm”.


Şahanə Xankişiyeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top