Ali məktəblərdə yeni fənn tədris olunacaq

SOSİAL 11 iyl 2024, 12:27
Azərbaycanda qəbul edilməsi nəzərdə tutulan 2024-2026-cı illər üzrə Milli Fəaliyyət planında aparıcı ali təhsil müəssisələrində rəqabət qanunu fənni üzrə tədrisin başlanılması nəzərdə tutulub.

Demokrat.az xəbər verir ki, bunu I Milli Rəqabət Forumunda çıxışı zamanı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.

"Bu istiqamətdə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və bir sıra başqa ali təhsil müəssisələri ilə aktiv dialoqdayıq", - deyə o əlavə edib.

M.Abbasbəyli bildirib ki, əsas məsələlərdən biri ölkəmizdə rəqabətin bölüşdürülməsi meyarlarını müəyyənləşdirməkdir:

"Milli Fəaliyyət Planının əsas istiqamətlərindən biri ölkədə rəqabətçilik indeksinin müəyyənləşdirilməsi və bunun üçün də rəqabət xəritəsinin hazırlanmasıdır. Bu, çox böyük data və onların təhlilini tələb edir. Bu, bir günlük proses deyil. Sonda gözlədiyimiz nəticə açıq platforma üzərindən rəqabət xəritəsinin mövcud olması, hər bir bölgəmizdə sahibkarlıq strukturları, onların bazar payları və verdikləri məhsullar üzrə geniş data məhsulunun ictimaiyyətə təqdim olunmasıdır".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top