BBC şərhçisinin həyat yoldaşı və 2 qızı evində ölü tapıldı

DÜNYA 10 iyul 2024, 21:58
BBC Five Live yarış şərhçisi Con Hantın həyat yoldaşı Kerol və iki qızı evlərində güllələnərək öldürülüb. 

Demokrat.az xəbər verir ki, qətli törətdiyi güman edilən şəxs Hantın qızının sevgilisidir. 

Bildirilib ki, hadisə Hant işdən qayıdan zaman baş verib. Beləki, Hant 3 qadını ağır yaralanmış vəziyyətdə tapıb. 

Hertfordshire polisi 26 yaşlı Kayl Kliffordun qətllə bağlı axtarışda olduğunu açıqlayıb. 

Bu hadisə cəmiyyətdə dərin hüzn yaradıb, yerli əhalini narahat edib.

Qeyd edək ki, Hanstın arvadının 61 yaşlı, qızlarının isə 28 və 25 yaşı vardı. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top