Seçkini müşahidə üçün jurnalistlərə iş vəsiqəsi yetərlidir — MSK sədri

DAXİLİ SİYASƏT 10 iyl 2024, 11:33
Azərbaycanda seçkilərdə müşahidəçilərə ”yox” cavabı verilməyib, indiyə qədər belə hal olmayıb.

Demokrat.az xəbər verir ki, bunu bu gün növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, seçkilərdə aşkarlığın yaradılması və media qurumlarının fəaliyyətinin təmin edilməsi də mühümdür: “Azərbaycan dünyada yeganə ölkədir ki, media qurumları seçkini müşahidə etmək üçün heç yerdən qeydiyyatdan keçmir. Jurnalistlər iş vəsiqələri ilə seçkini işıqlandırırlar, seçkini müşahidə üçün jurnalistlərə iş vəsiqəsi yetərlidir. Seçkilərin ədalətli, şəffaf keçirilməsi üçün vacib şərtlərdən biri də ölkədə ictimai-siyasi sabitlik olmasıdır. Bu da bizdə var”. (Apa)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyl 2024, 20:17
Top