“9 iyul diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən fövqəladə və səlahiyyətli səfir Əskərov Əlimirzamin Qəvvam oğlu, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi Atamoğlanov Ağalar Rahim oğlu və Quliyev Faiq Maqbet oğlu, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi Hacızadə Ayxan Elxan oğlu, Musayev Azər Samiddin oğlu və Yaqubova Aysel Şakir qızına diplomatik rütbələr verilib.
Millət vəkili Fazil Mustafa Demokrat.az-a açıqlamasında Azərbaycanın müstəqillik qazandıqdan bu günə qədərki dövr ərzində diplomatik nümayəndəliklərinin göstərdiyi fəaliyyəti yüksək qiymətləndirib:
“Ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ləyaqətli diplomatlarımızın böyük rolu olub. Əlbəttə, özünü doğrultmayan, düşmən tərəfə keçənlər də olub. Amma diplomatlarımızın əksəriyyəti mübarizə yolundan dönməyib, masa arxasında saatlarla müzakirələr aparıb, dövlətimizin maraqlarını müdafiə ediblər. Düşünürəm ki, torpaqlarımızın işğaldan azad olunmasında, suverenliyimizin bərpa edilməsində ordumuz qədər diplomatlarımızın da xidmətləri böyükdür. Parlaq qələbimizin memarlarından olan diplomatlarımızı peşə bayramları münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirəm”, - deyə deputat qeyd edib.
Törə Zeynallı
Demokrat.az