Bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsi bu tarixdə keçiriləcək

SOSİAL 09 iyl 2024, 12:28
Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirilməsinə hazırlıq və onların təlim ehtiyaclarını aydınlaşdırmaq məqsədilə çərçivə sənədi hazırlanıb.

Demokrat.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, Bakı və regionlar üzrə 3000-ə yaxın bağça müdiri, tərbiyəçi-müəllim, metodistlə görüşülüb və diaqnostik qiymətləndirmə ilə bağlı ilə çərçivə sənədi müzakirə olunub:

"Bu ayın sonunadək iki sınaq imtahanı keçiriləcək. ARTİ tərəfindən çərçivə sənədi ilə bağlı vebinarlar təşkil ediləcək. Diaqnostik qiymətləndirilmə ilin sonunadək keçiriləcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyl 2024, 21:15
12 iyl 2024, 20:17
Top