"Qarabağ"ın oyunlarının keçiriləcəyi yer dəqiqləşdi

İDMAN 08 iyl 2024, 16:30
"Qarabağ"ın Avstriyada keçirəcəyi ilk yoxlama oyunlarının yeri dəqiqləşib.

Demokrat.az xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Qurban Qurbanovun yetirmələri iyulun 9-da iki matça çıxacaqlar. Sabah baş tutacaq ilk görüş "Velly Arena Imst"də baş tutacaq. "Kayzerslautern"lə qarşılaşma Bakı vaxtı ilə 14:30-da başlayacaq.

Plzen "Viktoriya"sı ilə oyun 20:00-da keçiriləcək. Matç "Vestendorf"da təşkil olunacaq.

Qeyd edək ki, "Qarabağ"ın Avstriya toplanışı iyulun 5-dən 17-dək davam edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top