İcra başçısı təyin olunan Adil Əliyev kimdir? — DOSYE

DAXİLİ SİYASƏT 08 iyl 2024, 15:28
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Demokrat.az yeni təyin edilən icra başçının dosyelərini təqdim edir:

Suraxanı rayonuna təyin edilən icra başçısı Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub.

1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən idman ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sank-Peterburq şəhərindəki M.V.Frunze adına Hərbi Akademiyanı bitirib.

1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını başa vurub.

2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.

2004-cü ildə Bakı Dövlət Universitetində magistratura və 2010-cu ildə aspirantura təhsili alıb.

2009-cu ildə Kikboksinq üzrə veteranlar arası dünya çempionu olub.

9 aprel 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

20 saylı Nərimanov II seçki dairəsindən 2005-ci ildə III çağırış, 2010-cu ildə IV çağırış və 2015-ci ildə V çağırış Milli Məclisin deputatı seçilib.

2005–2010-cu illərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna, Azərbaycan-Almaniya və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü olub.

10 mart 2020-ci ildə Adil Əliyev Milli Məclisin sədr müavini seçilib.

10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Gənclər və idman komitəsinin sədri seçilib.

Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri, general-polkovnik Məhərrəm Əliyevin qardaşıdır.

Ailəlidir, üç övladı var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top