Leysan yağıb, şimşək çaxıb

GÜNDƏM 07 iyul 2024, 18:14

İyulun 7-si saat 17:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, Biləsuvar, Sabirabad, Mingəçevir, Sarıbaş (Qax), Kişçay (Şəki), Göygöl, Xaltan, Qusar, Şəmkir, İsmayıllı, Goranboy, Daşkəsən, Qobustan, Göyçayda şimşək çaxıb, arabir leysan xarakterli yağış, Abşeron yarımadasının bəzi yerlərində isə qısamüddətli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da 33, Aran rayonlarında 34, dağlıq rayonlarda 23-28 dərəcəyədək isti qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top