"Deputat seçilməsəm də mənə olan sevgi olduğu kimi qalacaq" — Sabir Rüstəmxanlı

GÜNDƏM 06 iyul 2024, 18:13
Ölkəmizdə sentyabrın 1-i növbədənkənar parlament seçkiləri ilə əlaqədar partiyalarda hazırlıq prosesi gedir. Artıq bir-bir partiyalar Milli Məclisə seçkilərdə namizədliklərini irəli sürən üzvlərinin siyahısını təsdiqləməyə başlayıb. 

Bununla bağlı Xalq şairi, Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı Demokrat.az -a danışıb:

"Mənim üçün özümdən çox əsas partiyanın iştirakı və yer qazanması vacibdir. Deputat seçilməsəm də mənə olan sevgi olduğu kimi qalacaq .Əsas odur ki, Vətəndaş Həmrəyliyi Partiyası seçkilərə gedir. Bir sıra dairələrdə artıq namizədlərimizi vermişik. Partiya rəhbərliyi təbii ki, axırda öz qərarını açıqlayacaq. Həm də baxaq görək, başqa partiyalar hansı dairələrdə kimləri təqdim ediblər. Ona uyğun olaraq biz də addımımızı atıb, elan edəcəyik. Mənim üçün əsas partiyanın iştirakı və yer qazanmasıdır. Özüm kifayət qədər namizəd olmuşam. Mən deputatlıqdan əlavə sevilən qələm sahibiyəm. Bunu lovğalıq kimi demirəm. Oxucularım sevildiyimi mənə hər zaman hiss etdirib. Ona görə mən deputat seçilməsəm də bu sevgi yerində qalacaq”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top