Qızını Çinə, oğlunu isə Avropaya göndərir

ŞOU-BİZNES 03 iyl 2024, 23:49

Əməkdar artist Rəşad İlyasovun övladları təhsillə bağlı xaricə gedir.

Demokrat.az xəbər verir ki, bu barədə sənətçi "Həmin Zaur" verilişində danışıb. O, qızını bu gün Çinə yola salacağını bildirib:

"Qızım bu gün təhsillə bağlı Çin Yay məktəbinə gedir. Bakıda Xarici Dillər Universitetinin Çin dili fakültəsində oxuyur. 4-cü kursu bitirsin, sonra baxaq görək magistratura məsələsi necə olacaq. Ötən dəfə icazə vermədim. Bu dəfə getdim özüm də maraqlandım. Amma görürəm ki, bir az uşaqları sərbəst buraxmaq lazımdır. Qızımdan da arxayınam. Qiymətləri də çox yaxşıdır.

Uşaqlarıma görə çox narahatam. Oğlum da Bakı Dövlət Universitetini bitirdi. O da təhsillə bağlı Avropaya gedir".

Qeyd edək ki, müğənni Gülnarə İlyasova ilə ailəlidir. Cütlüyün 2 övladı var.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top