Emin Ağalarov Leyla Əliyevanı təbrik etdi — "Biz həmişə sənin yanındayıq!" (FOTO)

GÜNDƏM 03 iyul 2024, 16:00
İş adamı, xalq artisti Emin Ağalarov Leyla Əliyevanı ad günü münasibəti ilə təbrik edib. 

Demokrat.az bildirir ki, Emin bununla bağlı paylaşım edib.

“Ad günün mübarək, əziz Leyla! Sənə cansağlığı, xoşbəxtlik, çoxlu sevinc arzulayıram. Uşaqlarımıza qayğına, diqqətinə və hər şeydə dəstəyinə görə təşəkkür edirəm. Xoşbəxt ol, biz həmişə sənin yanındayıq!” -deyə Ağalarov yazıb.

Leyla Əliyevanın bu gün doğum günüdür. O, 1985-ci ildə, iyulun 3-də Moskvada anadan olub.

2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvü, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qızıdır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Emin (@eminofficial)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top