Muxtar Babayev konqolu nazirlə görüşdü

COP29 03 iyul 2024, 13:25
COP29-un prezidenti Muxtar Babayev Konqonun meşə təsərrüfatı naziri Rozali Matondo ilə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi hesabında qeyd edilib.

“COP29 sədrliyi Konqo meşə təsərrüfatı naziri Rozali Matondo ilə dəyərli ikitərəfli müzakirələr aparıb. COP29 çərçivəsində meşələrin bərpası layihələrinə imkan verəcək iqlim maliyyəsi islahatını həyata keçirmək üçün birlikdə işləyirik”, - paylaşımda qeyd edilib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 19:27
Top