
Nərimanov rayonunun Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə düşüb.
Demokrat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.
Hazırda sıxlığın yaranmaması, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.