“Seçkilərdə azərbaycanlı namizədin olması çox vacib amildir" — AÇIQLAMA

GÜNDƏM 28 iyn 2024, 12:30
Bu gün səhərdən İranda növbədənkənar prezident seçkiləri üçün səsvermə artıq başlayıb. Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparır. Onlar prokuror və keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi, parlamentin deputatı, keçmiş səhiyyə naziri Məsud Pəzəşkian, İran ali rəhbərinin Təhlükəsizlik Şurasının nümayəndəsi Səid Cəlili və parlamentin hazırkı sədri Məhəmməd Baqir Qalibafdır. Bu seçkilərdə namizəd olan Məsud Pəzəşkianın azərbaycanlı olduğu və seçkilərdə üstünlük əldə edə biləcəyi deyilir. 

Bəs, İranda prezident seçkilərində azərbaycanlı namizədin qalib gəlmə ehtimalı var? 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib ki, bütün seçkilərdə Azərbaycan faktoru vardı. 



İlqar Vəlizadə qeyd edib ki, azərbaycanlı namizədin həlledici səs toplayacağını düşünmürəm:

“Seçkilərdə azərbaycanlı namizədin olması çox vacib faktor və amildir. Yenə də digər amilləri də nəzərə almaq lazımdır. Bu və ya digər mənbələrə əsaslanaraq mübarizənin daha çox iki namizəd, Qalibaf və Cəlili arasında gedəcəyini demək olar. Pəzəşkian müəyyən dərəcədə səslər əldə edə bilər, amma düşünmürəm ki, bu səslər həlledici ola bilər. Mühafizəkar namizədlərin şansları daha çoxdu. Hər şey seçkilərin gedişatından və seçicilərin fəallığından asılıdır”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top