Sabunçuda 31 yaşlı gənc qətlə yetirildi

KRİMİNAL 28 iyun 2024, 08:17
İyunun 28-də saat 01 radələrində paytaxtın Sabunçu rayonunda 1993-ci il təvəllüdlü Əhmədov Rasim Etibar oğlunun deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Demokrat.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Əliyev Vüqar Əjdər oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top