Azərbaycan cüdoçusu Avropa çempionu olub

İDMAN 27 iyun 2024, 20:43

Azərbaycanın yeniyetmə cüdoçusu Bahadur Feyzullayev (50 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Demokrat.az xəbər verir ki, idmançı finalda Ukrayna təmsilçisi Rostislav Kostrikinlə üz-üzə gəlib.

Rəqibini məğlub edən Feyzullayev turnirin qalibi olub.

Daha əvvəl eyni çəkidəki Məhəmmədəli Hüsiyev bürünc mükafat əldə edib.

Qeyd edək ki, bu gün Nihad Rəhimov (60 kq) və Diana Eldarova (48 kq) da üçüncü yer uğrunda görüşə çıxacaqlar.

Yarış iyunun 30-da başa çatacaq. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 19:27
Top