Azərbaycanda qanunsuz yaşayan əcnəbilərin ölkə vətəndaşı ilə nikaha daxil olması qadağan edilir. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisdə III oxunuşda qəbul edilir.
Sənəddə qeyd edilir ki, Azərbaycan ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız uzun müddət yaşayan əcnəbilərin bir çoxu ölkə ərazisini tərk etməmək üçün son anda mümkün asan vasitə olaraq Azərbaycan vətəndaşı ilə nikah bağlamağı seçirlər. Bu hal Azərbaycan vətəndaşı ilə nikahda olan əcnəbilərə münasibətdə qanunvericiliyin müəyyən etdiyi imtiyazlardan sui-istifadə edilməsi riski yaratmaqla yanaşı, qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinə mənfi təsir göstərir.
Təqdim olunan qanun layihəsi də məhz ölkəmizdə qanunsuz miqrantların müəyyən edilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə hazırlanıb.
Belə ki, layihədə Ailə Məcəlləsinin nikahın bağlanmasına mane olan halları əks etdirən 12-ci maddəsinə dəyişiklik edilməsi təklif olunur. Bu dəyişikliyə əsasən aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin sırasına ikisindən biri və ya hər ikisi ölkə ərazisində qanunsuz olan və yaxud yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin də əlavə edilməsi nəzərdə tutulur.
Məsələyə münasibət bildirən hüquqşünas Əsabəli Mustafayev Demokrat.az-a açıqlamasında deyib ki, hər hansı bir ölkədə qanunsuz yaşayan şəxs həmin ölkənin qanunlarında təsdiq olunmuş hüquq və azadlıqların heç birindən istifadə edə bilməz:
“Bu, bütün dünyada belədir. Şəxsin ölkədə qanunsuz yaşadığı müəyyən olunduqda o deportasiya edilməlidir. Bu, nikah hüququna da aiddir, yəni bu vaxta qədər də bu məsələ Konstitusiyaya görə qadağan idi. İndi bunun ayrıca qanun şəklinə salınması bilmirəm hansı zərurətdən doğur. Belədirsə, onda gərək bunu bütün sahələrə tətbiq edək, səhiyyədən başqa. Qanunsuz ölkədə məskunlaşan birinə tibbi xidmət lazım ola bilər, bu da göstərilir hər bir halda. Qanunlara edilən hər bir əlavə və dəyişikliklər zərurətdən doğmalıdır. Nikahla bağlı məsələnin ayrıca qanun halına salınmasından belə çıxır ki, qanunsuz yaşayan şəxs digər hüquq və azadlıqlardan istifadə edə bilər, nikah bağlamaqdan başqa. Düşünürəm ki, nikah yolu ilə ölkədə qanunsuz yaşamağı legitimləşdirmək olar. İstənilən halda həmin şəxs kiminləsə nikah bağlamaq üçün nikah şöbəsinə getsə, imtina cavabı alacaq, çünki ölkədə yaşamağına icazə verən hər hansı bir sənəd yoxdur. Ola bilər ki, bunu qanuna salmağı təklif edənlərin hansısa əsasları var”.
Törə Zeynallı
Demokrat.az