Almaniyada cinayət törədən əcnəbilər üçün yeni QANUN

DÜNYA 26 iyun 2024, 18:00
Almaniya hökuməti cinayət törətmiş əcnəbilərin deportasiyasını sürətləndirməyi nəzərdə tutan qanun layihəsini qəbul edib. 

Demokrat.az xəbər verir ki, Daxili İşlər Naziri Nensi Faeser tərəfindən hazırlanan bu qanun layihəsi ilə ağır cinayət törədənlərlə yanaşı, sosial mediada terroru tərifləyən məzmun paylaşanlar və bu cür məzmuna “like ataraq” dəstəkləyənlər cinayətkar sayılacaq və deportasiya olunacaqlar. 

Nensi Faeser nazirliyin internet saytında verdiyi açıqlamada internet üzərindən törədilən nifrət cinayətlərinə qarşı sərt tədbirlər gördüklərini ifadə edib: 

"Almaniya vətəndaşı olmayan və burada terror aktlarını tərifləyən hər kəs deportasiya edilməlidir". 


Əfsanə Rəcəb
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top