Bakıda 33 yaşlı kişi arvadına xəsarət yetirdi

KRİMİNAL 25 iyun 2024, 14:16
Bakının Xəzər rayonunda 1991-ci il təvəllüdlü İntiqam qeyri-rəsmi münasibətdə yaşadığı həyat yoldaşı Aynurəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonunun Binə qəsəbəsində baş verib. İntiqam yaşadıqları evdə qeyri-rəsmi həyat yoldaşı Aynurə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş münaqişə zamanı əli ilə qəsdən sonun bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurub. 

Hadisəni törədən İntiqamın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İntiqam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Aynurə ilə 2013-cü ildə qeyri-rəsmi ailə həyatı qurublar: “Birgə nikahımızdan 2 övladımız anadan olub. Hadisə günü, saat 23 radələrində yaşadığımız evdə aramızda şəxsi münasibətlərin pozulması zəminində baş vermiş münaqişə zamanı əlim ilə Aynurəni bir neçə dəfə vurdum. Mübahisə zamanı Aynurəyə yüngül xəsarətlər yetirdim”.
İş üzrə zərərçəkmiş Aynurənin sözlərinə görə, İntiqam spirtli içkiyə meylli olması səbəbindən aralarında dəfələrlə münaqişələr olub: “Hadisə günü aramızda şəxsi münasibətlərin pozulması zəminində mübahisəmiz oldu. Baş vermiş münaqişə zamanı İntiqam əli ilə məni bir neçə dəfə vuraraq xəsarət yetirdi”. 

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən İntiqamın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 22:21
Top