Beyləqanda ər arvadına xəsarət yetirdi

KRİMİNAL 27 sentyabr 2024, 14:08
Beyləqan rayonunda 1973-cü il təvəllüdlü Eldar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Vüsaləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 16-da Beyləqan şəhəri, Nizami küçəsində baş verib. Eldar həmin gün, saat 19 radələrində yaşadıqları evdə aralarında yaranmış şəxsi münasibətlər zəmnindəki mübahisə zamanı arvadı Vüsaləni yumruqla vurub. 

Hadisəni törədən Eldarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ağdam rayonunda daimi qeydiyytda olmaqla, hazırda Beyləqan şəhəri, Nizami küçəsində yaşayır: “Zərərçəkmiş Vüsalə mənim arvadımdır. Vüsalə ilə 1996-cı ildə ailə qurmuşam, həmin vaxtan rəsmi nikahdayıq. Həmin nikahdan 2 övladımız var. Qızımız ailə quraraq hazırda əri ilə Tovuz rayonunda yaşayır, oğlumuz isə Tovuz rayonunda peşə litseyində təhsil alaraq, o da Tovuz rayonunda yaşayır. Bu səbəbdən də özümüzə məxsus fərdi yaşayış evində arvadım Vüsalə ilə yaşayıram. Həmin evdə özümüzdən başqa heç kim yaşamır”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı Vüsalə bir neçə ildir ona ər kimi normal münasibət göstərmir və ona hörmətlə yanaşmır: “Bu səbəbdən də aramızda bir neçə dəfə mübahisə baş verib. Martın 16-da, saat 19 radələrində işdən evə gəldim. Həmin vaxt yorğun olduğum və xəstələndiyim üçün arvadıma ayaqlarımı masaj etməsini bildirdim. Lakin Vüsalə işinin olmasını bildirərək, vaxtının olmadığını dedi. Bu səbəbdən də əsəbləşərək Vüsaləni təhqir etdim. Onun sağ gözaltı, baş və kürək nahiyələrinə yumruqla vurdum. Bundan sonra özüm Vüsalədən aralanaraq qonaq otağında olan stulda əyləşdim. Hadisə vaxt evdə özümüzdən başqa heç kim olmayıb. Hadisə təxminən 10 dəqiqə davam etdi. Törətdiyim əməldən peşmanam. Arvadım ilə barışmışam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Vüsalənin sözlərinə görə, əri Eldar uzun zamandır spirtli işki qəbul etdiyindən və ona laqeyd münasibət bəslədiyindən, aralarında normal münasibət pozulub: “Bu səbəbdən də bir neçə dəfə aramızda münaqişə baş verib. Hadisə günü, saat 19 radələrində ərim sərxoş halda evə gələrək, mənə yorğun olduğunu və xəstələndiyini bildirərək, ayaqlarını ovxalamağımı dedi. Bu zaman ev işləri gördüyümü və hələlik vaxtı molmadığını bildirdim. Bu səbəbdən də Eldar əsəbləşərək, məni təhqir etdi, sağ gözümün üstündən yumruqla vurdu. Bundan sonra, Eldar məndən aralanaraq qonaq otağında olan stulda əyləşdi. Daha sonra mən Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət etdim. Ərim Eldar məni yaşadığımız evin qonaq otağında döyüb. Həmin vaxt yanımızda başqa heç kim olmayıb. Həmin hadisə təxminən 10 dəqiqə davam etdi. Hazırda ərim məndən üzr istəyib, onunla barışmışam”.

Bu cinayət işinə Beyləqan Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Eldarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 16:06
Top