Xankəndi, Xocalı və Suqovuşana bu il köç olacaq

QARABAĞ 24 iyun 2024, 12:00
"Təsdiq olunmuş köç planına əsasən, Xocalı şəhəri, Kərkicahan qəsəbəsi və Malıbəyli kəndində, eləcə də Ağdərə rayonunun Umudlu kəndində bu il ərzində ümumilikdə 228 ailənin yerləşdirilməsi nəzərdə tutulub".

Demokrat.az APA-ya istinadən xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Xankəndi şəhərində keçirilən "Ətraf mühitinin gücləndirilməsində maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu" mövzusunda elmi-praktiki konfrans zamanı deyib.

O bildirib ki, artıq Xocalı şəhərinə 50 ailənin köçürülməsi təmin edilib, yaxın müddətdə isə daha 50 ailənin köçü həyata keçiriləcək:

"Hazırkı tarixədək isə Ağdərə rayonunun Talış kəndinə 20 ailə köçürülün, bu ilin sentyabr və oktyabr aylarında isə Suqovuşan qəsəbəsinə 190 ailənin köçürülməsi planlaşdırılır. Növbəti illərdə bu say dəfələrlə artacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top