Tom Kruzun 18 yaşlı qızı sevgilisi ilə görüntüləndi — FOTOLAR

DÜNYA 21 iyun 2024, 18:57
Tom Kruz və Keti Holmsun 18 yaşlı qızı Suri sevgilisi Tobi Koenlə Nyu-Yorkun Mərkəzi Parkında görüntülənib.

Demokrat.az xəbər verir ki, Suri və Tobi sinif yoldaşları kimi tanış olub və onların dostluğu sevgiliyə çevrilib.

Surinin barmağında üzük görünsə də, bu üzüyün nişana işarə etmədiyi düşünülür.

Tobi Koen mahnı yazmaq və oxumaqla yanaşı, piano və gitara da çalır.

Müğənni-bəstəkar Tobi Koen payızda Bostondakı nüfuzlu Berklee Musiqi Kollecində oxumağa hazırlaşır.




Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top