Keniyada xalq küçələrə çıxdı — 1 ölü, 200 yaralı

DÜNYA 21 iyn 2024, 16:13
Keniyanın paytaxtı Nayrobi başda olmaqla ölkənin müxtəlif bölgələrində minlərlə insan büdcə kəsirini bağlamaq üçün vergi artımını nəzərdə tutan qanun layihəsinin geri götürülməsini tələb edib.

Demokrat.az xəbər verir ki, 2,7 milyard dollarlıq əlavə vergi nəzərdə tutan qanun layihəsinə qarşı etirazlar zamanı bir nəfər ölüb, ən azı 200 nəfər yaralanıb. 

Amnesty International və Keniya Tibb Assosiasiyası da daxil olmaqla beş hüquq qrupu cümə axşamı günü axşam yaydıqları birgə bəyanatda polisin paytaxt Nayrobidə nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və şırnaqlardan istifadə etdiyini bildirib.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top