İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir

COP29 21 iyn 2024, 14:32
Mən iqlim dəyişikliyi ilə mübarizədə yeni təməlimizin nə olduğunu düşünürdüm və başa düşdüm ki, o, əslində gənclər və uşaqlar da daxil olmaqla, hər masanı, hər səviyyəni əhatə edir. Bu, yeni normadır. İqlim dəyişikliyinin nəticələrinin ağır yükünü ən uzun müddət daşıyacaq olanlar gənclərdir. Bu gün atdığımız addımlar və verdiyimiz qərarlar uşaqlara, gənclərə və gələcək nəsillərə birbaşa təsir edəcək.

Demokrat.az xəbər verir ki, bu sözləri “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının Zəngilanda keçirilən "Siyasət: Lobbiçilər, Gənclər, qadın qrupları, fəallar və ictimaiyyətin iştirakı" mövzusunda panel iclasında COP29-un gənclər iqlim çempionu Leyla Həsənova söyləyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir.

“Bizim nəsil müdafiə etdiyi siyasətlərin həm iddialı, həm də yerli reallıqlara əsaslanmasını təmin etməlidir. Gənclərin qlobal iqlim gündəliyinin formalaşmasında və yerlərdə fəaliyyətin səfərbər edilməsində praktiki iştirakı əvəzsizdir. Gənclərin iqlimə uyğunlaşma prosesində iştirakı təkcə faydalı deyil, həm də vacibdir”, - deyə L. Həsənova vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top