ABŞ Rusiyanın bu şirkətinin proqram təminatının satışını qadağan etdi

DÜNYA 21 iyun 2024, 11:30
ABŞ administrasiyası Rusiyanın “Kaspersky Lab” şirkəti tərəfindən hazırlanmış proqram təminatının ABŞ-da satışını qadağan edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Naziri Gina Raimondo açıqlama verib. 

O, qadağanın şirkətlə bağlı son dərəcə əhatəli araşdırmanın nəticəsi olduğunu bildirib.

Raimondo qeyd edib ki, Rusiya amerikalıların şəxsi məlumatlarını toplamaq və "silahlaşdırmaq" üçün Kasperski kimi rus şirkətlərindən istifadə etmək imkanlarına və niyyətinə malik olduğunu nümayiş etdirib.

ABŞ mətbuatında çıxan xəbərlərdə "Kaspersky" nin iyulun 20-dən sonra ABŞ-da yeni müqavilələr bağlaya bilməyəcəyi, sentyabrın 29-dək mövcud müştərilərinə antivirus proqram təminatı təqdim edəcəyi qeyd edilib.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top