Netanyahu: İsrail HƏMAS-ın məhvinə qədər Qəzzanı tərk etməyəcək

DÜNYA 20 iyun 2024, 23:23

İsrail HƏMAS hərəkatının hərbi və idarəetmə strukturunu məhv edənə, bütün girovları qaytarana qədər Qəzza zolağından çıxmayacaq.

Demokrat. az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu girovların ailələri ilə görüşündən sonra bildirib.

"Biz oğurlanmış 120 nəfərin hamısını - həm diri, həm də ölü - geri qaytarmaqda qərarlıyıq. Mərhələli olsa belə, biz bu işdən əl çəkməyəcəyik", - Netanyahu qeyd edib.

Baş nazirin sözlərinə görə, İsrailin anklavdakı hərbi mövcudluğu HƏMAS-a təzyiq edir və bu, girovların geri qaytarılması üçün imkanlar yaradır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top