“Bizi qonşularla düşmənçilik etməyə məcbur edirlər, imkan vermək olmaz”

DÜNYA 20 iyun 2024, 15:22
“Ermənistandan 29 min 743 kvadrat kilometrdən çox əraziyə iddia etməyi tələb edən  xarici və daxili qüvvələr ölkəni  bu əraziləri itirməyə sürükləyir”. 

Demokrat.az bildirir ki, bu sözləri Baş nazir Paşinyan Zəngəzura səfəri zamanı yerli sakinlərlə görüşü zamanı deyib.

Paşinyan vurğulayıb ki, Ermənistan  başqa ölkələrin ərazisinin bir millimetrinə də iddia etmir. Baş nazir son 50 ilin tarixindən dərs almağın vacib olduğunu qeyd edib: “Ermənistan indiki ərazisindən daha böyükdür” düşüncəsində olmuşuq. Amma son 50 ilin tarixindən nəticə çıxarmaq lazımdır. Biz bu gün yalnız 29 min 743 kvadrat kilometr olan əraziyə hədəflənmişik. Bunu bilmək lazımdır”. 

Paşinyan qeyd edib ki,  o, son illərdə ölkə üçün mümkün olan və olmayan hər şeyi edib. İndi qət olunmuş yoldan nəticə çıxarmaq qalır:  “Mən əlimdən gələni etdim, amma eyni zamanda səhvlər də buraxdım. Bizi bütün qonşularımızla düşmənçilik etməyə məcbur edirlər. Bununla da məqsədlərinə çatmaq istəyirlər. Baş verənlər artıq kifayətdir. Biz özümüzdən başqalarına qarşı istifadə olunmasına imkan verməməliyik. Bu ölkədə yaşayacağıq. Biz Ermənistanı arxamıza bağlayıb Avstraliyaya apara bilmərik”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top